Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 70 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality