Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Muaviyə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Sələmdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldikdə, insanlar ona tərəf qaçdılar və: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldi" deyə üç dəfə səsləndilər, mən də camaatın arasında baxmağa gəldim və onun üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil və ondan eşitdiyim ilk şey belə söyləməsi oldu: “Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi
عن أنس رضي الله عنه أنه قَالَ لِثابِتٍ رحمه اللهُ: ألاَ أرْقِيكَ بِرُقْيَةِ رسولِ اللهِ صلى الله عليه وسلم ؟ قال: بلى، قال: «اللَّهُمَّ رَبَّ النَّاسِ، مُذْهِبَ البَأسِ، اشْفِ أنْتَ الشَّافِي، لاَ شَافِيَ إِلاَّ أنْتَ، شِفَاءً لاَ يُغَادِرُ سَقماً».رواه البخاري
Sad bin Əbi Vaqqas (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir.Muslim rəvayət etdi
عن ثوبان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قَالَ: "إنَّ المسلِمَ إذا عادَ أخاه المسلِمَ، لم يَزَلْ في خُرْفَةِ الجَنَّةِ حتى يرجعَ"، قيل: يا رسولَ اللهِ ما خُرْفَةُ الجنَّةِ؟، قال: "جَنَاها".رواه مسلم
عن أنس بن مالك رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم أنه كان إذا أكل طعاما، لعق أصابعه الثلاث. قال: وقال: «إذا سقطت لُقمة أحدكم فليُمِطْ عنها الأذى، وليأكلها ولا يَدَعْهَا للشيطان» وأمر أن تُسْلَتَ القَصْعَةُ، قال: «فإنكم لا تدرون في أيِّ طعامكم البركة» وعن جابر بن عبد الله رضي الله عنه أن رسولَ اللهِ صلى الله عليه وسلم قالَ: "إنّ الشيطانَ يَحضُرُ أحدَكُم عندَ كلِ شيءٍ من شَأنِه، حتى يَحضُرَهُ عندَ طعامِهِ، فإذا سَقطتْ لقمةُ أحدِكُم فليَأخُذْها فَلْيُمِطْ ما كانِ بها من أذى، ثم ليَأكُلْها ولا يَدَعْها للشيطانِ، فإذا فَرَغَ فليَلْعَقْ أصابعَهُ، فإنه لا يَدري في أيِّ طَعامه البركة"حديث أنس رواه مسلم. حديث جابر رواه مسلم
Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi: "Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!" (Qaf 50 surəsi, ayə 3).Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّمَا مَثَلُ صَاحِبِ القُرْآنِ كَمَثَلِ صَاحِبِ الإِبِلِ المُعَقَّلَةِ، إِنْ عَاهَدَ عَلَيْهَا أَمْسَكَهَا، وَإِنْ أَطْلَقَهَا ذَهَبَتْ».متفق عليه
عن أنسٍ رضي الله عنه : أنّهُ مَرَّ على صِبْيَانِ، فَسَلَّمَ عليهم، وقالَ: كانَ النبيُّ صلى الله عليه وسلم يَفعلُهُ.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من عُرِضَ عليه رَيْحَانٌ فلا يرده، فإنه خفيف الْمَحْمِلِ، طيب الريح».رواه مسلم
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, onları bir-birinin qanını tökməyə və haramlarını halal saymağa sövq etdi”.Muslim rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".Əbu Davud, Ət-Tirmizi,Əhməd
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Dünya keçici bir ləzzətdir. Dünya ləzzətinin ən xeyirlisi saleh qadındır".Muslim rəvayət etdi
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".Muslim rəvayət etdi
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır".Muslim rəvayət etdi
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır".Əbu Davud, Əhməd rəvayət ediblər
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”. ​Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyrədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: Allah buyurdu :"Ey Adəm övladı mənim yolumda xərclə ki, mən də sənə yetirim".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın”. Buyurdu ki, sonra bu ayəni oxudu: "Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir" [Hud 11 surəsi, ayə 102]. ​Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما أنَّ رَسولَ اللَّهِ صلَّى اللَّهُ عليْه وسلَّمَ، قال: «قَدْ أَفْلَحَ مَن أَسْلَمَ، وَرُزِقَ كَفَافًا، وَقَنَّعَهُ اللَّهُ بما آتَاهُ».رواه مسلم
عن أبي موسى الأشعري رضي الله عنه مرفوعاً: «على كل مسلم صدقة» قال: أرأيت إن لم يجد؟ قال: «يعمل بيديه فينفع نفسه ويتصدق» قال: أرأيت إن لم يستطع؟ قال: «يُعِينُ ذا الحاجة المَلْهُوفَ» قال: أرأيت إن لم يستطع، قال: «يأمر بالمعروف أو الخير». قال: أرأيت إن لم يفعل؟ قال: «يُمسك عن الشر، فإنها صدقة».متفق عليه
Usamə bin Zeyddən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Məndən sonra kişilər üçün ən təhlükəli fitnə (yoldan çıxaran) qadınlar olacaq".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)