AZ
Əqidə
Adlar və hökmlər
22 hadiths
İslam
3
İslamı batil edən amillər
1
Cahiliyyə məsələləri
1
İmanın artması və azalması
5
İmanın şöbələri
3
Küfür
2
Şirk
4
Nifaq
1
Fasiqlik
1
Bidət
2
22 hadiths
Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Kim bizə silah çəkərsə, o bizdən deyildir".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun(Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Zülmət gecənin parçaları kimi fitnələr gəlmədən öncə saleh əməllərə tələsin, insan mömin olaraq sabahlayıb, kafir olaraq axşamlayar, mömin olaraq axşamlayıb, kafir olaraq sabahlayar. Az dünya malı qarşılığında dinini satar".
Muslim rəvayət etdi
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «الإيمانُ بِضْعٌ وَسَبْعُونَ أو بِضْعٌ وسِتُّونَ شُعْبَةً: فَأَفْضَلُهَا قَوْلُ: لا إله إلا الله، وَأَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ، وَالحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ».
متفق عليه
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir: "Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
Əhməd rəvayət etdi
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər. Mən, namazın iqamə edilməsini, sonra da bir kişiyə camaata namaz qıldırmağı əmr etməyi daha sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, namaza gəlməyənlərin evlərini yandırmağı istədim".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz".
Muslim rəvayət etdi
Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Kiçik şirk nədir, ey Allahın Rəsulu?". O belə buyurdu: “Riya. İzzət və cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcək: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?".
Əhməd rəvayət etdi
عن عبد الله بن عمرو بن العاص - رضي الله عنه- مرفوعاً: "مَن ردته الطِّيَرَة عن حاجته فقد أشرك، قالوا: فما كفارة ذلك؟ قال: أن تقول: اللهم لا خير إلا خيرك، ولا طَيْرَ إِلَّا طَيْرُكَ ولا إله غيرك".
رواه أحمد
Numan bin Bəşirdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: «Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular».
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَنْ عَبْدِ اللَّهِ بنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَيْسَ مِنَّا مَنْ لَطَمَ الخُدُودَ، وَشَقَّ الجُيُوبَ، وَدَعَا بِدَعْوَى الجَاهِلِيَّةِ».
متفق عليه
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi xanımlarından Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz".
Muslim rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır, həya da imanın şaxələrindəndir".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَنْ بُرَيْدَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ حَلَفَ بِالْأَمَانَةِ فَلَيْسَ مِنَّا».
رواه أبو داود وأحمد
Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: "İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".
Muslim rəvayət etdi
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Muslim rəvayət etdi
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
Muslim rəvayət etdi
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".
Muslim rəvayət etdi
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "ثَلاَثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ حَلاَوَةَ الإِيمَانِ: أَنْ يَكُونَ اللَّهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا، وَأَنْ يُحِبَّ المَرْءَ لاَ يُحِبُّهُ إِلَّا لِلَّهِ، وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الكُفْرِ كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ".
متفق عليه
Abbas bin Əbdul Muttalibdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişdir: "Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır".
Muslim rəvayət etdi
عن جابر بن عبد الله قال: كان رسول الله صلى الله عليه وسلم إذا خطب احمرَّتْ عيناه، وعلا صوته، واشتد غضبه، حتى كأنه مُنذِرُ جيشٍ يقول: صبَّحكم ومسَّاكم، ويقول: «بُعثتُ أنا والساعةُ كهاتين»، ويقرن بين إصبعيه السبابة، والوسطى، ويقول: «أما بعد، فإن خير الحديث كتاب الله، وخير الهدى هدى محمد، وشر الأمور محدثاتها، وكل بدعة ضلالة» ثم يقول: «أنا أولى بكل مؤمن من نفسه، من ترك مالًا فلأهله، ومن ترك دينًا أو ضَياعًا فإليَّ وعليَّ».
رواه مسلم