AZ
Qəza və qədərə iman
Qəza və qədərin mərtəbələri
2 hadiths
Qəza və qədərin mərtəbələri
2
Qəza və qədər məsələləri
2
2 hadiths
İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) (miniyində) onun tərkində ikən o mənə buyurdu: "Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahı qoru (xatırlayaraq, hududlarına qərəzsiz riayət et) ki, Allah da səni qorusun. Allahı qoru (hüdudlarına riayət et) ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Bil ki, bütün insanlar sənə xeyir vermək üçün toplaşsalar belə, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün cəm olsalar belə yenə də Allahın sənə yazdığından artıq zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr (mürəkkəbi) qurumuşdur".
Ət-Tirmizi rəvayət etdi
Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi".
Muslim rəvayət etdi