Hadith for the World
Tap the image to view it full size
Əqidə

Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

Available in 71 languages
«Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yeri və göyləri yaratmazdan əlli min öncə məxluqatın qədəriylə əlaqəli olan; həyat, ölüm, ruzi və digər baş verəcəkləri lövhu məhfuzda təfsilatı ilə yazmışdır və bütün bunlar, izzət və cəlal sahibi olan Allahın yazdığı kimi baş verir. Hər baş verən və olan Allahın qəza və təqdiriylədir. Qul üçün təqdir edilən şey ondan yan keçməz, ona yazılmayan şey isə onun başına gəlməz.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality