Hadith for the World
Tap the image to view it full size
Əqidə

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir:

Available in 71 languages
«İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) (miniyində) onun tərkində ikən o mənə buyurdu: "Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahı qoru (xatırlayaraq, hududlarına qərəzsiz riayət et) ki, Allah da səni qorusun. Allahı qoru (hüdudlarına riayət et) ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Bil ki, bütün insanlar sənə xeyir vermək üçün toplaşsalar belə, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün cəm olsalar belə yenə də Allahın sənə yazdığından artıq zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr (mürəkkəbi) qurumuşdur".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

İbn Abbas (Allah ondan və atasından razı olsun) xəbər verir ki, o azyaşlı olarkən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə birgə minik üstündə idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: Sənə Allah qatında fayda verəcək bəzi məsələləri və qaydaları öyrədəcəm: Allahı, əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək mühafizə ki, səni, itaətdə və Ona yaxınlaşdıran əməllərdə qeyd etsin, haram və günahlarda adını çəkməsin. Bunu etsən, sənin mükafatın, Allahın səni dünya və axirət müsibətlərindən qoruması, hara getsən işlərində sənə yardım etməsi olacaq. Bir şey istədikdə, yalnız Allahdan istə, çünki dua edənlərin duasını yalnız O qəbul edir. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Əmin ol ki, yer üzündə olan bütün insanlar sənə fayda vermək üçün toplaşsalar, Allahın sənə yazdığından artıq fayda verə bilməzlər. Yer üzündəki bütün insanlar toplaşıb sənə zərər vermək istəsələr, Allahın sənə təqdir etdiyindən artıq zərər verə bilməzlər. İzzət və cəlal sahibi Allah bu məsələni, hikmətinin və elminin tələbinə uyğun təqdir edib yazmışdır. Allahın yazdığı məsələlərdə isə heç bir dəyişiklik ola bilməz.

Source
Ət-Tirmizi rəvayət etdi
Download image

Saved at original quality