Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

عن عمرو بن شعيب، عن أبيه، عن جده قال: قال رسول الله صلى الله عليه وسلم : «يَدُ المسلمين على مَن سِواهم، تَتَكافَأُ دِماؤهم وأموالُهم، ويُجِيرُ على المسلمين أدْناهم، ويَرُدُّ على المسلمين أَقْصَاهم».رواه أبو داود وابن ماجه وأحمد
عن عائشة رضي الله عنها : أنّ قومًا قالوا: يا رسول الله إنّ قومًا يأتوننا باللحم لا نَدري أَذَكروا اسمَ الله عليه أم لا، فقال رسول الله صلى الله عليه وسلم : «سَمُّوا الله عليه وكُلُوه».رواه البخاري
عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «إن لله تِسْعَةً، وتِسْعِينَ، اسْمًا، مِائَةً إلا واحدا مَنْ أَحْصَاهَا دخل الجنة».متفق عليه
Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: "İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".Muslim rəvayət etdi
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".Muslim rəvayət etdi
Muazdan - Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".Muslim rəvayət etdi
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."Muslim rəvayət etdi
Sufyan bin Abdullah Əs-Səqafidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".Muslim və Əhməd rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır. Deyildi ki: "Ey Allahın Rəsulu, hətta bu alov belə (zalımları cəzalandırmağa) yetərli idi". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cəhənnəm alovu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi".Muslim rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir".Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi
Ubey bin Kəbdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ey Əbul Munzir, bilirsənmi ki, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: Allah və Rəsulu ən doğrusunu bilir! Dedi: "Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun".Muslim rəvayət etdi
Abdullah bin Amr bin əl-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedyini eşitmişdir: «Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».Muslim rəvayət etdi
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14].Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Qatədə əs-Sələmidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Humeyddən və ya Əbu Useyiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin".Muslim rəvayət etdi
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".Muslim rəvayət etdi
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Oğruların ən pisi, (tələsik namaz qılıb) namazından oğruyandır". Ondan: Kişi namazından necə oğruya bilər? deyə soruşulunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Namazın rükusunu və səcdəsini tam olaraq etməz" deyərək cavab verdi.İbnu Hibbən rəvayət etdi
İbn Əbu Əvfədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd".Muslim rəvayət etdi
Osman bin Əbil-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə: o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Al­lahın Rəsulu‎, şeytan mənimlə namazım və qiraətim ara­sına girdi, namazımı və qiraətimi qarışdırdı” dedi. Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: "Bu Xinzəb deyilən şey­tandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür". Osman dedi ki: mən elə etdim, Allah da onu məndən uzaqlaşdırdı.Muslim rəvayət etdi